İrakli Ğaribaşvili – mənim tapşırığımla hökumət işləyir ki, Qonionun keçmiş poliqon yerində ofislərlə, banklarla, kazinolarla yeni şəhər tikilsin

16:09, 17.08.2021

Mənim tapşırığımla hökumət işləyir ki, Qonionun keçmiş poliqon yerində ofislərlə, banklarla, kazinolarla yeni şəhər tikilsin, – bu barədə Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili, Xelvaçauri merliyinıə namizəd, Zaza Diasamidzenin təqdimatı tədbirində bəyan etdi.

Hökumət başçısının qeyd etdiyinə görə, hazırda işlər konsepsiya üzərindədir, hansı da ilin sonuna kimi başa çatacaq.

“Bir önəmli məlumatla paylaşmaq istəyirəm – bu tarixi, gözəl yerdəyik, tanınmış Qonio Qalasındayıq. Buradaca biz bilirik ki, həmçinin nadir yer var – Qonionun keçmiş poliqonu, hansı da təxminən 300 hektardır, daha da artıq. Mənim tapşırığımla hökumət, o cümlədən yerli hakimiyyət, Tornike Rijvadze İqtisadiyyat Nazirliyi ilə birlikdə işləyir ki, Qonionun keçmiş poliqon yerində ofislərlə, banklarla, kazinolarla yeni şəhər tikilsin. Real olaraq yeni şəhərin tikintisinə qeyd olunan layihə və ideya aiddir. Hazırda işlər konsepsiya üzərindədir, hansı da ilin sonuna kimi başa çatacaq. İstəyimizdir ki, bu sahədə mütəxəssis olan ən yaxşı şirkəti və təşkilatı maksimal olaraq qoşaq və Qonioda ofislərlə, banklarla, kazinolarla yeni şəhər tikilsin. Real olaraq bu diyara və bölgəyə yeni həyat daxil edək”, – İrakli Ğaribaşvili bəyan etdi.

Oxşar