İrakli Ğaribaşvili – Mənim rəhbərim Avropa Parlamentinin üzvü deyil, mənim rəhbərim gürcü xalqıdır
Mənim rəhbərim Avropa Parlamentinin üzvü deyil, mənim rəhbərim gürcü xalqıdır – deyə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Avropa Parlamentinin üzvü Viola von Kramonun bəyanatına cavab olaraq bildirib.
O bildirib ki, Avropa Parlamentinin deputatları səthi açıqlamalar verməməlidir.
“Vəziyyəti və işin mahiyyətini aydınlaşdırmaqda maraqlıdırlarsa, bunu öyrənməli və səthi açıqlamalar verməməlidirlər. Kimin nə dediyi məni maraqlandırmır, deyirəm ki, bu kreditdir və biz əlavə kredit götürməkdən imtina etmişik “, – Qaribaşvili bildirib.
Avropa Parlamentinin üzvü Viola von Kramon, Gürcüstan hökumətinin AB mikromaliyyə yardımının ikinci tranşını almaq şərtlərinə riayət etmədiyini və buna görə də almaq hüququna malik olmayan şeylərdən imtina edə bilməyəcəyini söylədi.
“Təəssüf ki, Gürcüstan hökuməti Avropa Birliyinin mikromaliyyə yardımının ikinci tranşını almaq şərtlərini yerinə yetirməyib: məhkəmə sistemi və s. Almağa icazə verilməyən şeylərdən imtina edə bilməzsiniz. Biz gürcü xalqının yanındayıq” dedi Kramon.