İrakli Ğaribaşvili - məcburi vaksinasiyaya yol verməyəcəm
İrakli Ğaribaşvili - məcburi vaksinasiyaya yol verməyəcəm

Mən, koordinasiya şurasının sədri və baş nazir kimi, məcburi vaksinasiyaya yol verməyəcəm, – bu barədə Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili bəyan etdi.

Onun dediyinə görə, vətəndaşları məcbur yox, əmin etməlidilər ki, vaksinasiya yeganə, alternativsiz çıxışdır.

“Birmənalı olaraq demək istəyirəm, mən, koordinasiya şurasının sədri və baş nazir kimi, məcburi vaksinasiyaya yox verməyəcəm. İstəyirəm bunu hamı yaxşı bilsin. Vətəndaşlarımızın azad seçim hüququ və imkanı var. Mən hər şeyi etdim ki, yetərincədən artıq vaksini vaxtında gətirə idim. Milyonlarca vaksin gətirdim və şəxsən bu danışıqlar prosesinə qoşulmuşdum. Gürcüstana hər cür vaksin gətirdik. Biz vətəndaşları məcbur yox, əmin eütməliyik ki, vaksinasiya yeganə, alternativsiz çıxışdır”, – Ğaribaşvili bəyan etdi.