İrakli Ğaribaşvili Lekso Toradzenin xatirəsini ehtiramla yad edib

16:37, 19.05.2022

Gürcüstanın baş naziri İrakli Ğaribaşvili pianoçu Lekso Toradzenin ailəsinə başsağlığı verib.

Hökumət başçısı pianoçunun mülki dəfn mərasiminin keçirildiyi Tbilisi Dövlət Konservatoriyasında olub.

Lekso Toradze 1983-cü ildən ABŞ-da yaşayır və fəaliyyət göstərir. O, müasir dövrün virtuoz pianoçularından biri kimi tanınıb. Lekso Toradze dünya şöhrətli dirijorlarla əməkdaşlıq edib, London, Çikaqo, Salzburq, Edinburq, Rotterdam və digər iri şəhərlərdə keçirilən beynəlxalq festivallarda iştirak edib.

1991-ci ildə musiqiçi South Band Universitetində professor oldu və musiqi təhsili mərkəzi kimi böyük şöhrət qazanan fortepiano studiyasını – Toradze Piano Studiyasını təsis etdi.

Pianoçu Lekso Toradze mayın 11-də ABŞ-da 69 yaşında vəfat edib.

Oxşar