İrakli Ğaribaşvili - Lekso Laşkaravanın vəfat etməsinə görə dərin kədərləndiyimi ifadə edirəm, istintaqa başlanıb və ictimaiyyətə dolğun məlumat qısa bir zamanda çatdırılacaq
Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili operator Lekso Laşkaravanın vəgat etməsinə görə, ailəsinə və yaxınlarına başsağlığı verir.
Ğaribaşvilinin yazdığına görə, Daxili İşlər Nazirliyi istintaqa başladı və faktla bağlı ictimaiyyətə dolğun məlumat qısa bir zamanda çatdırılacaq.
“Lekso Laşkaravanın vəfat etməsinə görə dərin kədərləndiyimi ifadə edirəm. Bu təsəvvür olunmaz faciədir. Bu çətin dəqiqələrdə ailəsinə, yaxınlarına, “Tv Pirvelinin” kollektivinə və bütün ictimaiyyətə başsağlığı verirəm.
Daxili İşlər Nazirliyi istintaqa başladı və faktla bağlı ictimaiyyətə dolğun məlumat qısa bir zamanda çatdırılacaq”, – Ğaribaşvili yazır.