İrakli Ğaribaşvili – Korrupsiyaya Qarşı Mübarizə Gününü Gürcüstan nəzərə çarpan nailiyyətlərlə qarşılayır, hakimiyyətin proqressiv siyasətini bir sıra beynəlxalq reytinq təsdiq edir

11:26, 09.12.2021

Korrupsiyaya Qarşı Mübarizə Gününü Gürcüstan nəzərə çarpan nailiyyətlərlə qarşılayır, hakimiyyətin proqressiv siyasətini bir sıra beynəlxalq reytinq təsdiq edir, – bu barədə Gürcüstanın baş naziri, İrakli Ğaribaşvilinin bəyanatında deyilir.

Hökumət başçısının dediyinə görə, Trace International-ın korrupsiya riskində azadlıq indeksinin bu ilki tədqiqqatına əsasən, Gürcüstan Avropa İttifaqının 13 ölkəsini ötür, bölgədə isə – sözsüz liderdir.

“Bu gün Beynəlxalq Korrupsiyaya Qarşı Mübarizə Günü qeyd olunur. Bu günü ölkəmiz nəzərə çarpan nailiyyətlərlə qarşılayır. Hakimiyyətin proqressiv siyasətini bir sıra beynəlxalq reytinq təsdiq edir. Onlardan biri Gürcüstanı Avropada ilk 20-liyə, dünyada isə ilk 30-luğa daxil edən və hökumətə münasibətdə korrupsiyanın aşağı riskini qiymətləndirən komponentdə birinci yeri tutan ən son Trace İnternational Korrupsiya riskindən azadlıq indeksi sorğusudur. Gürcüstan Avropa İttifaqının 13 ölkəsini ötür, bölgədə isə – sözsüz liderdir. Bu nəticə hökumətimizin antikorrupsiya qanunvericiliyində apardığı islahatlar, vətəndaş cəmiyyətinin iştirakı və hökumətin açıqlığı sayəsində mümkün oldu.

Biz korrupsiyadan azad olmağın, şəffaflığın, hesabatlılığın və açıq idarəetmənin gücləndirilməsi istiqamətində səylərimizi davamlı şəkildə gücləndiririk”, – Gürcüstanın baş naziri İrakli Ğaribaşvili bəyanatında deyilir.

 

Oxşar