İrakli Ğaribaşvili – Kaxetidə dolu nəticəsində zərər çəkən əhaliyə yardım üçün dövlət hər şeyi edir, heç bir zərərdidə qayğısız qalmayacaq
Gürcüstanın baş naziri, İrakli Ğaribaşvilinin bəyan etdiyinə görə, dövlət Kaxetidə güclü dolu nəticəsində zərər çəkən əhaliyə yardım edəcək.
Baş nazirin “feysbuk” sosial şəbəkəsində yazdığına görə, prosesi idarə etmək baş nazir müavini, Levan Davitaşviliyə həvalə olundu. Ğaribaşvili deyir ki, koordinasiya qərargahı yaradılıb və zərəri hesablayırlar.
“Güclü dolu və külək Kaxetidə – Ğvareli, Telavi və Qurcaanidə 4 600 hektar üzüm bağına ziyan vurdu. Zərər çəkən əhaliyə yardım üçün dövlət hər şeyi edir. Prosesi idarə etmək baş nazir müavini, Levan Davitaşviliyə həvalə olundu. Koordinasiya qərargahı yaradılıb və zərəri hesablayırlar. Mənim nümayəndəm – hökumət administrasiyasının bölgələrlə əlaqələr departamentinin rəhbəri, Leri Barnabişvilidir oradadır. Heç bir zərərdidə qayğısız qalmayacaq”, – Ğaribaşvili bəyan etdi.