İrakli Ğaribaşvili İsveçrəyə yola düşdü, burada Davos Dünya İqtisadi Forumunda iştirak edəcək
İrakli Ğaribaşvili İsveçrəyə yola düşdü, burada Davos Dünya İqtisadi Forumunda iştirak edəcək

Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili nümayəndə heyəti ilə birlikdə İsveçrəyə yola düşdü, burada hərillik Davos Dünya İqtisadi Forumunda iştirak edəcək.

Səfər çərçivəsində hökumət başçısı həm dünya liderləri, həm də iri beynəlxalq şirkətlərin rəhbərləri ilə ikitərəfli, yüksək səviyyəli görüşlər keçirəcək.

Baş nazirin panel müzakirələrində nitqlə çıxışı da planlaşdırılır.

Baş nazirin rəhbərlik etdiyi Gürcüstan nümayəndə heyətinə baş nazirin müavini, İqtisadiyyat və Davamlı İnkişaf naziri Levan Davitaşvili, Xarici İşlər naziri İliya Darçiaşvili, hökumət administrasiyasının rəhbəri Revaz Cavelidze və baş nazirin xarici investisiyalar üzrə xüsusi müşaviri Vazil Hudak daxildir.

Məlumatı hökumət administrasiyası yayır.