İrakli Ğaribaşvili - İsveçrədə keçirilən "İllik Forum 2023" tədbirində səmimi qəbuluma görə Klaus Şvaba təşəkkür edirəm
İrakli Ğaribaşvili - İsveçrədə keçirilən "İllik Forum 2023" tədbirində səmimi qəbuluma görə Klaus Şvaba təşəkkür edirəm

2023-cü ildə İsveçrədə keçirilən illik forumun tədbirində səmimi qəbuluma görə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri, professor Klaus Şvaba təşəkkür edirəm, – bu barədə Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili “tvitterdə” yazır.

Hökumət başçısının qeyd etdiyi kimi, forum çərçivəsində forum iştirakçıları və partnyorlarla maraqlı müzakirələr baş tutacaq.

“2023-cü ildə İsveçrədə keçirilən illik forumun tədbirində səmimi qəbuluma görə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri, professor Klaus Şvaba təşəkkür edirəm. Forum iştirakçıları ilə maraqlı müzakirələr və ortaq maraqlar sahəsində partnyorlarımızla yeni təşəbbüslər irəli sürməyi səbirsizliklə gözləyirəm”, – baş nazir yazır.