İrakli Ğaribaşvili - İsanın dünyaya gəlməsi bəşəriyyətin sevgi, insan azadlığı, daha yaxşı gələcək ümidi ilə idarə olunan tamamilə yeni tarixinin başlanğıcıdır
İrakli Ğaribaşvili - İsanın dünyaya gəlməsi bəşəriyyətin sevgi, insan azadlığı, daha yaxşı gələcək ümidi ilə idarə olunan tamamilə yeni tarixinin başlanğıcıdır

Əziz həmvətənlilərim, sizi Milad Bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm, – bu barədə Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili “Facebook” sosial şəbəkəsində yazır.

Hökumət başçısının dediyinə görə, İsanın dünyaya gəlməsi bəşəriyyətin sevgi, insan azadlığı, daha yaxşı gələcək ümidi ilə idarə olunan tamamilə yeni tarixinin başlanğıcıdır.

“Bu dəyərlər qədim mədəniyyətimizə əsaslanır və müasirliyimizi də müəyyən edir. Buna görə də biz, hər Milad Bayramını yenilənmə, xoşbəxtlik və ümumxalq firavanlıq ümidi ilə qeyd edirik. Sizə və ailənizə möhkəm cansağlığı, əmin-amanlıq və firavanlıq arzulayıram”, – baş nazir qeyd edir.