İrakli Ğaribaşvili İran səfiri ilə görüşüb
İrakli Ğaribaşvili İran səfiri ilə görüşüb

“Gürcü Arzusu”nun sədri İrakli Ğaribaşvili İran İslam Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Mahmud Ədibi ilə görüşüb.

Görüşdə Gürcüstan və İran İslam Respublikası arasında ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.

Söhbət zamanı Gürcüstanda və regionda cari hadisələrə və problemlərə də toxunulub. Sülh və sabitliyin vacibliyi vurğulanıb.

Məlumatı “Gürcü arzusu”nun mətbuat xidməti yayıb.