İrakli Ğaribaşvili ilə Olaf Şolz arasında telefon danışığı olub

16:06, 22.03.2022

Gürcüstanın baş naziri İrakli Ğaribaşvili ilə Almaniya kansleri Olaf Şolz arasında telefon danışığı olub.

Söhbətin əsas mövzuları Gürcüstanın Aİ-yə üzvlük müraciəti və Ukraynada davam edən hərbi əməliyyatlar olub.

Gürcüstan və Almaniya arasında müxtəlif sahələrdə, ümumi dəyərlərə və maraqlara – beynəlxalq təhlükəsizliyin və sabitliyin təmin edilməsinə əsaslanan sıx tərəfdaşlıq vurğulanıb.

Baş nazir qeyd edib ki, Gürcüstan Almaniyanın Avropa və Avroatlantik inteqrasiya yolunda rolunu yüksək qiymətləndirir və Gürcüstanın Aİ-yə üzvlük müraciətinə baxılması prosesində Almaniyanın güclü dəstəyinə ümid edir.

Tərəflər Ukraynada davam edən hərbi əməliyyatları və bunun nəticəsində Şərqi Avropa regionunda təhlükəsizlik mühitinin pisləşməsini müzakirə ediblər. İrakli Ğaribaşvili müharibənin tez bir zamanda dayandırılması üçün beynəlxalq ictimaiyyətin və dünya liderlərinin birgə səylərinin zəruriliyini bir daha vurğulayıb.

Məlumatı Gürcüstanın baş nazirinin mətbuat xidməti yayıb.

Oxşar