İrakli Ğaribaşvili ilə İens Stoltenberqin bugünkü görüşü ləğv edilib

14:02, 18.05.2022

Gürcüstanın baş naziri İrakli Ğaribaşvili ilə NATO-nun baş katibi İens Stoltenberq arasında bugünkü görüş ləğv edilib.

Ehtimal edilən səbəb İens Stoltenberqin sağlamlıq vəziyyətidir, lakin, məsələ ilə bağlı heç bir rəsmi şərh verilməyib.

NATO baş katibində keçən həftə koronavirus təsdiqləndi, o, uzaqdan iş rejimində idi və Berlində planlaşdırılan qeyri-rəsmi xarici işlər ministerialına qatıla bilmədi. O, həmçinin dünən Aİ müdafiə nazirlərinin görüşündə iştirak edə bilməyib, lakin bu gün İsveç və Finlandiyanın səfirlərindən NATO-ya üzvlüklə bağlı şəxsi bəyanat alıb.

Oxşar