İrakli Ğaribaşvili – İkinci Dünya Müharibəsinin qəhrəman veteranlarına böyük hörmət göstərmək istəyirəm, bu müharibədə qalib gəlməkdə gürcülərin böyük xidmətləri var
İlk öncə bu gün, 9 May faşizm üzərində Qələbənin 77-ci ildönümü münasibətilə qəhrəman veteranlarımızı təbrik etmək istəyirəm. Mən İkinci Dünya Müharibəsində iştirak etmiş qəhrəman veteranlarımıza böyük ehtiramımı bildirmək istəyirəm”, – Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Nazirlər Kabineti üzvləri ilə birlikdə Veteranların Mədəniyyət və İstirahət Parkında deyib. İkinci Dünya Müharibəsində həlak olanların xatirəsi ehtiramla yad edilir.
Hökumət başçısı Meliton Kantariyanın büstü önünə əklil qoyub, İkinci Dünya Müharibəsi veteranlarını faşizm üzərində Qələbənin 77-ci ildönümü münasibətilə təbrik edib, onlara minnətdarlığını bildirib.
“Bildiyiniz kimi, bu müharibədə qalib gəlməkdə gürcülərin böyük əməyi və xidmətləri var. Təbii ki, mən bir daha dünyanın daha yaxşı gələcəyi üçün fədakarlıq göstərmiş qəhrəmanlarımızı ehtiramla yad etmək istəyirəm və bu müharibədə qalib gəlmək bizim, gürcülərin böyük xidmətidir. Sizi 9 May münasibətilə təbrik etmək istəyirəm, hamınıza qələbə və sülh arzulayıram”, – deyə baş nazir bildirib.