İrakli Ğaribaşvili - ictimaiyyətlə birlikdə, Yunkerlərin parlaq xatirəsini yad edirəm və vətənimizə sülh, birlik, inkişaf arzu edirəm
İrakli Ğaribaşvili - ictimaiyyətlə birlikdə, Yunkerlərin parlaq xatirəsini yad edirəm və vətənimizə sülh, birlik, inkişaf arzu edirəm

Bütün bizim ictimaiyyətimizlə birlikdə, Yunkerlərin parlaq xatirəsini yad edirəm və vətənimizə sülh, birlik, inkişaf arzu edirəm, – bu barədə Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili “feysbuk” səhifəsində yazır.

Hökumət başçısının qeyd etdiyi kimi, onların Gürcüstanın müstəqilliyi uğrunda başladıqları mübarizə hələ başa çatmayıb.

“Bu gün biz, özlərini Gürcüstanın azadlığına həsr etmiş qəhrəmanların və Yunkerlərin parlaq xatirəsini yad edirik. Onlar vətənləri üçün ən qiymətli – canlarını fəda edərək bütün gələcək nəsillərə ölməz örnək qoydular. Onların Gürcüstanın müstəqilliyi uğrunda başladıqları mübarizə hələ başa çatmayıb. Bizim hamımızın əsas qayğısı və vəzifəsi ölkənin birləşməsi, ərazi bütövlüyünün və suverenliyinin möhkəmləndirilməsi, Gürcüstanın ümumi Avropa ailəsinə qaytarılmasıdır. Bütün bizim ictimaiyyətimizlə birlikdə, Yunkerlərin parlaq xatirəsini yad edirəm və vətənimizə sülh, birlik, inkişaf arzu edirəm”, – baş nazir qeyd edir.