İrakli Ğaribaşvili – Gürcüstanın 16 vətəndaşı Əfqanıstandan vətənə qayıdır

16:40, 20.08.2021

Gürcüstanın 16 vətəndaşı Əfqanıstandan vətənə qayıdır, – bu barədə Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili “feysbuk” sosial şəbəkəsində yazır.

Ğaribaşvilinin dediyinə görə, Gürcüstan vətəndaşları təhlükəsizdilər və artıq təyyarədədilər.

“Gürcüstanın 16 vətəndaşı Əfqanıstandan vətənə qayıdır. Vətəndaşlarımız təhlükəsizdilər və artıq təyyarədədilər və tezliklə vətəndə olacaqlar”, – İrakli Ğaribaşvili yazır.

Əfqanıstanın paytaxtı Kabildə qalan Gürcüstanın 16 vətəndaşı bu gün Dabaya, oradan isə, vətənə uçacaqlar. “Kabildə 16 vətəndaş qalmışdı. Bu gün, səhər onların hərbi bazaya, aeroporta, ANTO bazasına təhlükəsiz aparılması baş verdi. Müvafiq olaraq, indi onların təyyərəyə minməsi prosesi gedir. Britaniya tərəfindən Dubay istiqamətilə reys təmin edilib. Bu dəqiqələrdə təyyarəyə minirlər və onlar Dubaya uçacaqlar. Güman edildiyinə görə, gün ərzində Gücrüstan enəcəklər”, – Aleksandre Xvtişvili bəyan etdi.

Oxşar