İrakli Ğaribaşvili – Gürcüstanda başqa cəbhə olmayacaq, biz buna imkan verməyəcəyik, vətəndaşlarımızı və dövlətimizi qorumağa davam edəcəyik

11:59, 11.04.2022

Ukraynada baş verənlərə – bəlalara, faciələrə, müharibələrə baxmayaraq, bizim çox müsbət gözləntilərimiz var; Ona görə də biz sülhü, sabitliyi qoruyub saxlamalı və inkişafı təşviq etməliyik”, – Gürcüstanın baş naziri İrakli Ğaribaşvili hökumətin iclasında bildirib.

Hökumət başçısının sözlərinə görə, Gürcüstanda başqa cəbhə olmayacaq və hökumət dövləti və vətəndaşlarını qorumağa davam edəcək.

“Gürcüstanda başqa cəbhə olmayacaq, biz buna imkan verməyəcəyik və vətəndaşlarımızı və dövlətimizi qorumağa davam edəcəyik”, – baş nazir bildirib.

Oxşar