İrakli Ğaribaşvili - “Gürcü Arzusu”nun sədri vəzifəsində işləməyə davam edirəm, komandamızın üzvüyəm və digər məzmunlu bütün məlumatlar həqiqətə uyğun deyil
İrakli Ğaribaşvili - “Gürcü Arzusu”nun sədri vəzifəsində işləməyə davam edirəm, komandamızın üzvüyəm və digər məzmunlu bütün məlumatlar həqiqətə uyğun deyil

 

Bu gün radikal müxalifətin nəzarətində olan media vasitələri mənim guya “Gürcü Arzusu”nu tərk etdiyim yalanını yayıblar. Bu dezinformasiyanın yeganə məqsədi ictimaiyyəti çaşdırmaq və süni ajiotaj yaratmaqdır – bu haqda “Gürcü Arzusu”nun sədri İrakli Ğaribaşvilinin “Gürcü Arzusu”nun səhifəsində dərc olunan bəyanatında deyilir.

Ğaribaşvili sözügedən vəzifədə işləməyə davam etdiyini bildirir.

“Xüsusilə, vurğulamaq istəyirəm ki, “Gürcü Arzusu”nun sədri vəzifəsində işləməyə davam edirəm, komandamızın üzvüyəm və digər məzmunlu bütün məlumatlar həqiqətə uyğun deyil” – İrakli Ğaribaşvili bildirib.