İrakli Ğaribaşvili - gələn ilin büdcəsində dövlət sektorda maaşların 10% artırılması nəzərdə tutulub və bu, növbəti illərdə də sistematik olaraq davam etdiriləcək
İrakli Ğaribaşvili - gələn ilin büdcəsində dövlət sektorda maaşların 10% artırılması nəzərdə tutulub və bu, növbəti illərdə də sistematik olaraq davam etdiriləcək

Gələn ilin büdcəsində dövlət sektorda maaşların 10% artırılması nəzərdə tutulub və bu, növbəti illərdə də sistematik olaraq davam etdiriləcək, – bu barədə Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili hökumətin fəaliyyəti haqqında 2021-ci il hesabatını təqdim edərkən bəyan etdi.

Baş nazirin qeyd etdiyinə görə, 2022-ci ilin yanvar ayından 70 yaşadək pensiyaçılar üçün pensiya 260 lari, yüksək dağlıq yaşayış məntəqələrində yaşayan pensiyaçılar üçün isə 312 lari olacaq.

“Gələn ilin büdcəsində dövlət sektorda maaşların 10% artırılması nəzərdə tutulub və bu, növbəti illərdə də sistematik olaraq davam etdiriləcək. 2022-ci ilin yanvar ayından 70 yaşadək pensiyaçılar üçün pensiya 260 lari, yüksək dağlıq yaşayış məntəqələrində yaşayan pensiyaçılar üçün isə, əlavələri də nəzərə alaraq, 312 lari olacaq; 70 və yuxarı yaşda olan pensiyaçıların pensiyası 300 lari, yüksək dağlıq yaşayış məntəqələrində 360 lari olacaq; Həmçinin, müharibə veteranlarının aylıq yardımı 22 laridən 100 lariyə artırılacaq. Eləcə də, 2021-ci ilin iyul ayından sosial cəhətdən müdafiəsiz ailələrin uşaqlarına yardım iki dəfə artırılaraq, hər uşaq üçün 100 larini təşkil edəcək”, – baş nazir bəyan etdi.