İrakli Ğaribaşvili - qəhrəman polis işçilərimiz ali standartı göstərdilər, Vaxtanq Qomelauri və polisə təşəkkürümü bildirmək istəyirəm, sizinlə fəxr edirəm
Bu gün bizim qəhrəman polis işçilərimiz Avropa, Amerika standartlarına uyğun olan ali standartı göstərdilər, – bu barədə Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili bəyan etdi.
İrakli Ğaribaşvili Daxili İşlər naziri, Vaxtanq Qomelauriyə təşəkkürübü bildirdi.
“İstifadə olunan təcrübə və metodlara gəldidkə, bu tamamilə sivil, demokratik ölkələrin ali standartlarıdır. Bu gün bizim qəhrəman polis işçilərimiz Avropa, Amerika standartlarına uyğun olan ali standartı göstərdilər. Bütün vətəndaşın öz şəxsi fikrinin ifadəsi hüququnu konstitusiya çərçivəsində müdafiə edəcəyik. Biz qanunun aliliyini və demokratiyanın əsas prinsiplərini bu cür başa düşürük. Lakin sözsüz ki, hər şey qanun və konstitusiya çərçivəsində olamalıdır. Bir daha Vaxtanq Qomelauri və polisə təşəkkürümü bildirmək istəyirəm, sizinlə fəxr edirəm”, – Ğaribaşvili bəyan etdi.