İrakli Ğaribaşvili - fürsətdən istifadə edərək qəhrəman həkimlərimizə təşəkkürümü bildirmək istəyirəm
İrakli Ğaribaşvili - fürsətdən istifadə edərək qəhrəman həkimlərimizə təşəkkürümü bildirmək istəyirəm

Fürsətdən istifadə edərək qəhrəman həkimlərimizə təşəkkürümü bildirmək istəyirəm, – bu barədə baş nazir Parlamentdə hesabat və ölkənin inkişafının on illik planını təqdim edərkən bəyan etdi.

Hökumət başçısının qeyd etdiyinə görə, yaxın günlərdə ölkə vaksinin milyondan artıq dozasını alacaq.

“Bu gün əminliklə deyə bilərik ki, yaxın günlərdə vaksinin milyondan artıq dozasını alacağıq. Xatırladaq ki, “fayzerlə” danışıqlara nail olduq, milyon vaksinin alınması barəsində, həmçinin bir milyon “sinofarm”, milyon “sinovak”, 700 min  “novovaks” dozasdı. Ümumilikdə ilin sonuna qədər 4 milyon doza alacağıq, bu da tamamilə yetərli olacaq ki, bizim planlaşdırdığımız səviyyədə, əalimizin 60 faizi peyvənd olunsun”, – Ğaribaşvili bəyan etdi.