İrakli Ğaribaşvili farmasevt biznesinin nümayəndələri ilə farmasevt bazarının aralıq hesabatını müzakirə etdi
İrakli Ğaribaşvili farmasevt biznesinin nümayəndələri ilə farmasevt bazarının aralıq hesabatını müzakirə etdi

Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili farmasevt biznesinin nümayəndələri ilə görüşdü.

Baş nazirin mətbuat xidmətinin məlumatına görə, hökumət administrasiyasında keçirilən görüşdə Rəqabət Agentliyi tərəfindən hazırlanmış farmasevt bazarının aralıq hesabatını müzakirə etdilər. Farmasevt bazarında mövcud vəziyyətin tənzimlənməsi məqsədilə konkret hansı addımların atılmasını müzakirə etdilər. Dərmanların qiymətlərinin artmasına operativ reaksiya verilməsi və təsirli addımların atılmasının vacibliyi qeyd edildi.

İrakli Ğaribaşvili qeyd etdi ki, əhalinin maraqlarını nəzərə almaq və qorumaq, digər tərəfdən isə, biznesin fikirlərini nəzərə almaq vacibdir.

“Biz hər kəs üçün əlçatarlı olan aralıq hesabatı başa çatdırdıq. Bu baxışı sizinlə bölüşmək, sizdən tövsiyələr, fikirlərinizi eşitmək və bu mövzunu müzakirə etmək istəyirəm. Ən əsası, mən hər şeyi düzgün etmək istəyirəm ki, xalqımızın maraqları nəzərə alınsın, mümkün qədər qorunsun, amma digər tərəfdən, biznesin də maraqlarını nəzərə almaq istəyirik. Bu balansı tapsaq, bu, ölkəmiz, əhalimiz üçün ideal həll yolu olacaq”, – baş nazir qeyd etdi.

Baş nazirin mətbuat xidmətinin məlumatına görə, görüşdə Gürcüstan Biznes Assosiasiyasının prezidenti Soso Pxakadze hökumət başçısına biznesi dəstəklədiyinə, ölkəyə çoxlu xeyir gətirən mühüm və maraqlı qərarlar qəbul etdiyinə görə təşəkkürünü bildirdi.

Hökumət administrasiyasında keçirilən görüşdə Gürcstan Milli Rəqabət Agentliyinin sədri, İrakli Lekvinadze və farmasevt bazarının monitorinqi qrupunun rəhbəri, Giorgi Kedelidze iştirak edirdilər.