İrakli Ğaribaşvili - Etiraz əlaməti olaraq guya partiyadan getdiyim haqda məlumat yayıldı, bu mənim dəsti-xəttim deyil
“Gürcü Arzusu” partiyasının sədri İrakli Ğaribaşvili guya partiyadan getməsi haqda yayılmış məlumatı cəfəngiyyat adlandırır. Ğaribaşvilinin “Rustavi 2” teleşirkətinə dediyi kimi, hakim partiyanın sədri vəzifəsində işləməyə davam edir.
Ğaribaşvili guya onun çoxsaylı xəsarətlərlə klinikaya yerləşdirilməsi haqda yayılmış məlumatı cəfəngiyyat adlandırır. Onun sözlərinə görə, məşq zamanı qolunu incidib və müayinələrdən keçmək üçün tibb müəssisəsində olub.
“Son günlər ərzində ictimaiyyətin gördüyü cəfəng böhtanlara, ittihamlara və yalana münasibət bildirmək istərdim. Biz bəyanat da yaydıq. Mediada məlumat yayıldı, guya mən etiraz əlaməti olaraq partiyadan getmişəm, komandadan ayrılmışam, nəyəsə etiraz etmişəm və üstəlik, böhran zamanı, ölkəmizin qarşısında olduqca böyük çağırışların olması fonunda guya mən partiyadan getmişəm. Bu cəfəngiyyatdır. Məni tanıyanlar və məncə hamı məni yaxşı tanıyır, bu mənim dəsti-xəttim deyil. Mənim qaydalarım, prinsiplərim var. Mən bütün şüurlu həyatım boyu bu qaydalarla yaşayıram və heç vaxt bu qaydalardan kənara çıxmayacağam” – İrakli Ğaribaşvili bildirib.