İrakli Ğaribaşvili – əsas prioritet səhiyyə proqramı olacaq, hansınında maliyyələşdirilməsi 2022-ci ildən 20 milyon lari ilə artacaq
Əsas prioritet sözsüz ki, səhiyyə proqramı olacaq, hansınında maliyyələşdirilməsi 2022-ci ildən 20 milyon lari ilə artacaq, – bu barədə Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili hökumətin fəaliyyəti haqqında 2021-ci il hesabatını təqdim edərkən bəyan etdi.
Hökumət başçısının qeyd etdiyi kimi, həmçinin Tbilisidə və bölgələrdə təcili yardım həkimlərinin və işçilərinin maaşlarının bərabərləşdirilməsi nəzərdə tutulur ki, bu da səhiyyə islahatları istiqamətində mühüm addımlardan biri olacaq.
“Gələn il artıq diabetli uşaqlar üçün qanında qlükozanın fasiləsiz monitorinq sistemləri maliyyələşdiriləcək. Məktəblərdə məktəb həkimi xidmətlərinin göstərilməsi və tibb kabinetlərinin fəaliyyəti Nazirlik tərəfindən hazırlanmış standarta uyğun olaraq həyata keçiriləcək. Artıq bu il 3000-dən çox məcburi köçkün ailəsinə mənzillər verildi və bir bu qədər də gələn il veriləcək. Gələn il vətəndaşlarımızın sosial vəziyyətini yaxşılaşdıracaq pensiyalar və müxtəlif alətlər haqqında artıq qeyd etdim”, – Ğaribaşvili bəyan etdi.