İrakli Ğaribaşvili – dövlət qulluqçularını peşə günü münasibəti ilə təbrik edirəm, biz artıq onların maaşlarını 2022-ci ildən 10 faiz artırmaq qərarını qəbul etdik, bu birdəfəlik deyil, növbəti illərin tendensiyası olacaq
Dövlət qulluqçularının, öz işinə vicdanla xidmət edən, daim inkişafda olan, Qərb prinsipləri əsasında müasir dövlət institutlarının qurulmasında böyük rol oynayan insanları, peşə günü münasibətilə təbrik etmək istəyirəm, – bu barədə Gürcüstanın baş naziri, İrakli Ğaribaşvilinin təbrikində deyilir.
Hökumət başçısı dövlət qulluqçularına təşəkkürnü bildirir və onların dəstəyinin hökumətin prioritet vəzifəsi olduğunu qeyd edir.
“Hər bir dövlət qulluqçusuna təşəkkürümü ifadə etmək istəyirəm. Məhz bu insanlar dövlətimizin davamlı və səmərəli fəaliyyətinin dayağıdır, ona görə də onların dəstəyi hökumətimizin prioritetidir. Biz artıq onların maaşlarını 2022-ci ildən 10 faiz artırmaq qərarını qəbul etdik, ən əsası bu birdəfəlik deyil, növbəti illərin tendensiyası olacaq. Siyasi komandamızın məqsədi peşəkar dövlət qulluqçusunu bir institut kimi gələcəkdə daha da cəlbedici və rəqabətli etməkdir. Hər bir dövlət qulluqçusunu peşə günü münasibətilə bir daha təbrik edir, ona işlərində tərəqqi və uğurlar arzulayıram”, – baş nazirin təbrikində deyilir.