İrakli Ğaribaşvili Davosda Dünya İqtisadi Forumunda iştirak edəcək
İrakli Ğaribaşvili Davosda Dünya İqtisadi Forumunda iştirak edəcək

Gürcüstanın baş naziri, İrakli Ğaribaşvilinin rəhbərlik etdiyi nümayəndə heyəti Davosda illik Dünya İqtisadi Forumunda iştirak edəcək İsveçrəyə yola düşdü.

Hökumət administrasiyasının mətbuat xidmətinin məlumatına görə, İrakli Ğaribaşvilinin müxtəlif ölkələrin liderləri və iri beynəlxalq şirkətlərin təsisçiləri ilə ikitərəfli, yüksək səviyyəli siyasi görüşləri nəzərdə tutulub.

Səfər çərçivəsində Gürcüstanın baş nazirinin müvafiq panel müzakirələrində çıxışı planlaşdırlıb.

Baş nazir İrakli Ğaribaşvilinin rəhbərlik etdiyi Gürcüstan nümayəndə heyətinə baş nazirin müavini, İqtisadiyyat və Davamlı İnkişaf naziri, Levan Davitaşvili və Zarici İşlər naziri, İliya Darçiaşvili daxildir.