İrakli Ğaribaşvili Davos İqtisadi Forumunda iştirak edir
İrakli Ğaribaşvili Davos İqtisadi Forumunda iştirak edir

Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili Davos İqtisadi Forumunda iştirak edir.

İqtisadi forum iştirakçılarına salamlama nitqi ilə forumun təsisçisi Klaus Şvab, İsveçrə Konfederasiyasının prezidenti Alan Berse, Ukraynanın birinci xanımı Yelena Zelenska, Avropa Komissiyasının sədri Ursula fon der Layen və Çin Xalq Respublikasının baş nazirinin müavini Lui He müraciət etdilər.

Bununla yanaşı, forum çərçivəsində bu gün Gürcüstanın Baş naziri qida pərakəndə satış və hipermarketlər şəbəkəsinin sahibi olan “Majid al Futtaim” şirkətinin icraçı direktoru Hani Veys və Qətər İnvestisiya Cəmiyyətinin icraçı direktoru Mənsur Bin İbrahim Əl Mahmud ilə görüşdü.