İrakli Ğaribaşvili - Cemal Çkuaselinin vəfatı ölkə üçün böyük itkidir, o, uzun illər gürcü xalq mahnı və rəqsinin dirçəldilməsi və qorunması işinə sədaqətlə xidmət etmişdir
İrakli Ğaribaşvili - Cemal Çkuaselinin vəfatı ölkə üçün böyük itkidir, o, uzun illər gürcü xalq mahnı və rəqsinin dirçəldilməsi və qorunması işinə sədaqətlə xidmət etmişdir

Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili “Erisioni” ansamblının baş dirijoru, Cemal Çkuaselinin vəfat etməsinə görə, kədərləndiyini ifadə edir.

“Tanınmış müğənni və əməkdar artist, Cemal Çkuaselinin vəfatından dərin hüznlə kədərləndiyimi ifadə edirəm.

Çoxtərəfli istedadı ilə seçilən sevilən müğənni və sənətkar, Cemal Çkuaseli bizə miras olaraq zəngin yaradıcılıq qoydu. O, uzun illər gürcü xalq mahnı və rəqsinin dirçəldilməsi, qorunması və inkişafı işinə sədaqətlə xidmət etmişdir. Cemal Çkuaselinin rəhbərlik etdiyi “Erisioni” ansamblı özünəməxsus gürcü mədəniyyətini dünyaya tanıdıb, ölkəmizə etiraf gətirmişdir.

Cemal Çkuaselinin vəfatı ölkə üçün böyük itkidir. Mərhumun ailəsinə və yaxınlarına, gürcü folkloruna dəyər verən hər kəsə ürəkdən başsağlığı verirəm”, – Gürcüstanın baş nazirinin hökumət administrasiyası tərəfindən yayıldığı başsağlığı məktubunda deyilir.

“Erisioni” ansamblının baş dirijoru, müğənnisi və xoreoqrafı, Cemal Çkuaseli dünən gecə saatlarında 86 yaşında vəfat etdi.