İrakli Ğaribaşvili - Bütün seçkilər bitdi, biz qalib gəldik, növbəti seçkilər 2024-cü ildə keçiriləcək
İrakli Ğaribaşvili - Bütün seçkilər bitdi, biz qalib gəldik, növbəti seçkilər 2024-cü ildə keçiriləcək

“Məni əslində müxalifətin sualları və ya seçkilərlə bağlı absurd bəyanatlar maraqlandırmır”, – Gürcüstanın baş naziri İrakli Ğaribaşvili bildirib.

Hökumət başçısı jurnalistin Nika Meliyanın “Milli Hərəkat”ın Moldova seçki modelinin Gürcüstanda tətbiqi üçün beynəlxalq tərəfdaşlarla birgə işləməsi barədə bəyanatı ilə bağlı sualını cavablandırıb.

“Maraqlı sual deyil. Müxalifətin sualları, seçkilərlə bağlı absurd bəyanatlar məni həqiqətən maraqlandırmır. Bütün seçkilər bitdi, biz qalib gəldik. Növbəti seçkilər 2024-cü ildə keçiriləcək. Ona görə də, zəhmət olmasa, zəhmət olmasa, mənim çox işim var”, – İrakli Ğaribaşvili bildirib.

Şərh yaz