İrakli Ğaribaşvili – Bütün abituriyentlərə uğurlar arzulayıram, ümid edirəm hər biriniz yeni bir həyat mərhələsinə keçmək vəzifəsinin öhdəsindən gələcəksiniz

10:27, 01.07.2021

Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili abituriyentlərə uğurlar arzulayır. Hökümət başçısı “Facebook” sosial şəbəkəsində vahid milli imtahanların başlaması barədə yazır.

“Vahid milli imtahanlar bu gün başlayır. Bütün abituriyentlərə uğurlar arzulayıram. Ümid edirəm ki, hər biriniz yeni bir həyat mərhələsinə keçmək vəzifəsinin öhdəsindən gələ biləcəksiniz və öz peşə müvəffəqiyyətinizin təməlini atacaqsınız”, – dedi baş nazir.

Vahid Milli İmtahanlar bu gün başlayıb.

Oxşar