İrakli Ğaribaşvili – Bu gündən mənim və ailəmin təhlükəsizliyinə görə tam məsuliyyət Bidzina İvanişvilinin və bütün hakimiyyətin üzərinə düşür
Bu gündən mənim və ailəmin təhlükəsizliyinə görə tam məsuliyyət Bidzina İvanişvilinin və bütün hakimiyyətin üzərinə düşür – bu barədə Gürcüstanın sabiq baş naziri İrakli Ğaribaşvili sosial şəbəkədə yazır və “Bidzina İvanişvilinin tapşırığı ilə məktub aldığını” deyir.
“Bu məktubu mənə Bidzina İvanişvilinin tapşırığı ilə göndərdilər. Mən bu addımı atmamaq üçün hər şeyə baş vurdum və etdim, təəssüf ki, ləyaqəti alçaldan bu şərə! bu amansız qəddarlığa, təzyiqə/haqsızlığa, mənim və ailəmin məhv edilməsi üzrə çirkin plana qarşı durmamaq üçün mənə başqa yol qoymadılar! Sabah geniş məktub yayacam və cəmiyyətə öz həqiqətimi deyəcəyəm! Bu gündən mənim və ailəmin təhlükəsizliyinə görə tam məsuliyyət Bidzina İvanişvilinin və bütün hakimiyyətin üzərinə düşür!” – İrakli Ğaribaşvili yazır.
Bununla yanaşı, Ğaribaşvili sosial şəbəkədə məktubun şəklini də yayır.
“Dito Çubinizde və İrma İnaşvili kimi “tərəfdarlar” və sosial şəbəkələrdə təşkil olunmuş kampaniyalar çox ciddi şübhələr yaratdı və bizə bərk zərər vurdu. Bir neçə iş üzrə çox intensiv iş gedir ki, onların ehtimal olunan nəticələri korrupsiya ittihamları olacaq. Buna görə də fəaliyyətimizin iki variantı var:
1.Ciddi şəkildə mübahisə edək və sonadək gedək.
2. (İkinci variantı kompromis çıxış yolu kimi özləri təklif etdilər) – etiraf, şahidlər tərəfindən ifadə verilməsi və s. daxil olmaqla hər şeyin razılaşma ilə baş verəcəyi hansısa bir işi etiraf edək (üzərimizə götürək). Bu halda bizə eyni 5 illik müddətlə prosessual razılaşma təklif edirlər, yəni mənə izah etdikləri kimi, cəzalar üst-üstə düşəcək və yenə 5 il qalacaq. Çıxdıqdan sonra siyasətə yaxınlaşmamalısan və əgər “aldatmağa qərar versən”, etiraf etdiyin korrupsiya ittihamı siyasətə qayıtmağı düşünməməyin üçün sığorta mexanizmi olacaq” – İrakli Ğaribaşvilinin sözlərinə əsasən, “Bidzina İvanişvilinin tapşırığı ilə” ona göndərilən məktubda deyilir.