İrakli Ğaribaşvili - bu gün Abxaziya Gününü qeyd edirik, bütün Gürcüstanı təbrik edək, xüsusilə də abxaz qardaş və bacılarımızı
İrakli Ğaribaşvili - bu gün Abxaziya Gününü qeyd edirik, bütün Gürcüstanı təbrik edək, xüsusilə də abxaz qardaş və bacılarımızı

Bütün Gürcüstanın Katalikos Patriarxı, Pak və Müqəddəs İkinci İliyanın xeyir-duası ilə, Gürcüstanda Abxaziya Gününü qeyd edirik. Bu günki gün ilə bağlı bütün Gürcüstanı, xüsusilə də bizim abxaz qardaş və bacılarımızı təbrik etmək istəyirəm!, – bu barədə gürcüstanın baş naziri, İrakli Ğaribaşvili “feysbuk” sosial şəbəkəsində yazır.

Hökumət başçısı qeyd edir ki, Abxaziya Gürcüstanın ayrılmaz hissəsidir, abxaz və gürcülərin ümumi gələcəyinin alternativi yoxdur.

“Abxaziya Gürcüstanın ayrılmaz hissəsidir, abxaz və gürcülərin ümumi gələcəyinin alternativi yoxdur. Sülh, inkişaf və Avropa gələcəyi əminəm onun önşərti olacaq ki, biz, bizim abxaz həmvətənlilərimiz ilə birlikdə, vahid, güclü Gürcüstanda yaşayacağıq”, – baş nazirin bəynatında deyilir.