İrakli Ğaribaşvili Brüsseldə Avropa Parlamentinin sədri Roberta Metzola ilə görüşüb

18:23, 17.05.2022

Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Brüsselə işgüzar səfəri çərçivəsində Avropa Parlamentinin sədri Roberta Metzola ilə görüşüb.

Baş nazirin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə əsas müzakirə mövzusu Aİ-yə namizəd ölkə statusunun alınması perspektivləri olub.

Baş nazirin sözlərinə görə, ölkə Avropa Parlamentinin və Aİ institutlarının Avropaya inteqrasiya yolunda sarsılmaz dəstəyini yüksək qiymətləndirir, xüsusən də Gürcüstan üçün belə mühüm bir zamanda, ölkənin Avropa Komissiyasının qiymətləndirməsini və müvafiq qərarını gözlədiyi bir vaxtda.

Görüşdə bölgədəki təhlükəsizlik vəziyyəti qeyd olunub. Baş nazir Gürcüstanın ukraynalılarla həmrəy olduğunu bir daha vurğulayaraq, Ukrayna xalqına kömək məqsədilə Gürcüstandan Ukraynaya hava və quru yolla 500 tondan çox humanitar yardım göndərildiyini qeyd edib. Geniş tərkibdə görüş başa çatdıqdan sonra Baş nazir və Avropa Parlamentinin sədrinin təkbətək görüşü olub.

İrakli Ğaribaşvili Avropa Parlamentinin fəxri qonaqlar kitabına yaddaqalan qeyd edib. Gürcüstanın Baş naziri Avropa Parlamentinin prezidentinə Gürcüstanın Avropa İttifaqına daxil olması prosesində Avropa Parlamentinin davamlı dəstəyinə görə təşəkkür edib.

Məlumatı Gürcüstanın baş nazirinin mətbuat xidməti yayıb.

Oxşar