İrakli Ğaribaşvili Bratislavada keçirilən Qlobal Təhlükəsizlik Forumunun açılış mərasimində iştirak edib

16:58, 02.06.2022

Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Bratislavada keçirilən Qlobal Təhlükəsizlik Forumunun açılış mərasimində iştirak edib.

İyunun 2-4-də Slovakiya paytaxtının ev sahibliyi etdiyi forumu GLOBSEC-in prezidenti Robert Vass açıb.

Açılış mərasimində yüksək səviyyəli qonaqlar qarşısında Slovakiya Respublikasının Prezidenti Zuzana Çaputova, Ukrayna Prezidenti Vladimir Zelenski və Avropa Komissiyasının sədri Ursula fon der Layen çıxış ediblər.

2022-ci ildə keçiriləcək 1722-ci GLOBSEC Forumunun əsas mövzusu dünyada təhlükəsizliyin və dayanıqlılığın gücləndirilməsi yollarının müzakirəsi, Ukraynaya dəstək və Avropa qonşuluğunun möhkəmləndirilməsi üçün təsirli addımların atılması, eləcə də ölkələrin dayanıqlığını gücləndirmək üçün Qərb resurslarını səfərbər etməkdir.

Forumun açılışında Slovakiya Respublikasının Baş naziri Eduard Heqer və iştirakçı ölkələrin nümayəndə heyətlərinin başçıları, dövlət və hökumət başçıları iştirak ediblər.

GLOBSEC 2022-də 67 ölkədən nümayəndələr, o cümlədən on prezident və baş nazir, eləcə də müxtəlif ölkələrin xarici işlər və müdafiə nazirləri iştirak edir.

Oxşar