İrakli Ğaribaşvili bölgə turnesi çərçivəsində bu gün İmeretiyə səfər edəcək
İrakli Ğaribaşvili bölgə turnesi çərçivəsində bu gün İmeretiyə səfər edəcək

Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili bölgə turnesi çərçivəsində bu gün İmeretiyə səfər edəcək. Məlumatı hökumət administrasiyasının mətbuat xidməti yayır.

Baş nazir, nazirlər kabinetinin üzvləri ilə birlikdə bölgədə həyata keçirilən infrastruktur layihələri ilə tanış olacaq, həmçinin dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrə baş çəkəcək, onun təşəbbüsü ilə həyata keçirilən “yeniləşdirilmiş bölgələr” proqramı çərçivəsində görülən işlərlə tanış olacaq.

Hökumət başçısı, “yeniləşdirilmiş bölgələr” proqramı çərçivəsində Kutaisi şəhərinin Paliaşvili prospektində aparılan abadlıq işləri ilə şəxsən tanış olacaq.