İrakli Ğaribaşvili BMT-nin Bas Assambleyasının 76-cı sessiyasında nitqlə çıxış edəcək

10:11, 20.09.2021

Gürcüstanın baş naziri, İrakli  Ğaribaşvili BMT-nin Bas Assambleyasının 76-cı sessiyasında nitqlə çıxış edəcək. Hökumət başçısı Nyu Yorka 20-25 sentyabrda səfər edəcək.

Baş nazirin mətbuat xidmətinin məlumatına görə, 21 sentyabrda BMT-nin Bas Assambleyasının 76-cı sessiyası rəsmi olaraq açılacaq. Tədbirdə baş nazir dünya liderləri ilə birlikdə iştirak edəcək.

ABŞ-a səfəri zamanı BMT-nin Bas Assambleyasının 76-cı sessiyası çərçivəsində, Gürcüstanın baş nazirinin ikitərəfli yüksək səviyyəli görüşləri planlaşdırılıb.

BMT tribunasından baş nazir iştirakçılara 24 sentyabrda müraciət edəcək. İrakli Ğaribaşvili nitqlə çıxışı zamanı Gürcüstan və beynəlxalq həmdostluq qarşısında duran çağırışlar və onların həlli prosesində birgə səylərin əhəmiyyətinə xüsusi diqqət yetirəcək.

Baş nazirin rəhbərlik etdiyi nümayəndə heyətinə David Zalkaliani, Mixeil Çxenkeli və İliya Darçiaşvili daxildilər.

BMT-nin Bas Assambleyasının 76-cı sessiyası debatlarının əsas mövzusu “ümid vasitəsilə ölkələrin dözümlülüyünün artırılamasıdır ki, yeni koronavirusdan insanların sağalması, iqtisadiyyatın davamlı bərpası, lüzumluluğa münasibətlərin bildirilməsi, insan hüquqlarına hörmət və BMT-in məğzinin oyadılması baş versin”.

Oxşar