İrakli Ğaribaşvili – Biz irimiqyaslı layihəyə başlayırıq, yaxın 3-4 il ərzində 13 minə qədər məcburi köçkün ailəsi mənzil alacaq

12:56, 18.04.2022

“Biz minlərlə məcburi köçkünü leqallaşdırmağımıza və mənzilləri, o cümlədən “Kənd evi” proqramı çərçivəsində evləri təhvil verməyimizə baxmayaraq, problem hələ də böyükdür”, – Gürcüstanın baş naziri İrakli Ğaribaşvili hökumətin iclasında deyib.

Hökumət başçısının sözlərinə görə, bir çox məcburi köçkün hələ də mənzilə malik deyil.

“Ona görə də biz genişmiqyaslı layihəyə başlayırıq, yaxın 3-4 il ərzində 13 minə qədər məcburi köçkün ailəsi mənzil alacaq. Onların bir qismi leqallaşdırılacaq, bir qisminə 6 minə yaxın məcburi köçkünə “kənd evi” daxilində evlər veriləcək. 7 min məcburi köçkün ailəsi üçün yeni, müasir tipli binalar tikiləcək və onlar tam təmirli müasir standart mənzillərlə təmin olunacaqlar ki, bu da bizim borcumuzdur. Kutaisidə 700 mənzilin tikintisi bu il başa çatdırılacaq, bu mənzillər payızda məcburi köçkün ailələrinə təhvil veriləcək və yazda qeyd etdiyim kimi, Tbilisi, Rustavi, Kutaisi, Zuqdidi və digər şəhərlərdə yeni binaların tikintisinə başlanılacaq. Bu, ən çox üç-dörd il ərzində tamamlanmalı olan irimiqyaslı layihədir”, – Baş nazir bildirib.

Oxşar