İrakli Ğaribaşvili – Biz Gürcüstanın Avropaya inteqrasiya yolunun ən mühüm mərhələsinə çatmışıq, mən Gürcüstanın uğurlarına, gürcü xalqının ali məqsədinə nail olacağına əminəm

16:11, 02.05.2022

Gürcüstanın baş naziri İrakli Ğaribaşvili “Twitter” sosial şəbəkəsində Avropa Komissiyasının sorğusunun birinci hissəsinin Aİ nümayəndəliyinin rəhbərinə ötürülməsinə cavab verib.

Hökumət başçısı qeyd edir ki, Gürcüstan Avropaya inteqrasiya yolunun ən mühüm mərhələsinə qədəm qoyub.

Baş nazirin sözlərinə görə, o, gürcü xalqının son məqsədinə çatmaqda Gürcüstanın uğurlarına əmindir.

“Avropa Komissiyasının sorğu vərəqini Aİ-nin Gürcüstandakı səfiri Karl Hartdelə təhvil verdiyim üçün fəxr edirəm. Biz Gürcüstanın Avropaya inteqrasiya yolunun ən mühüm mərhələsinə qədəm qoyduq. Mən Gürcüstanın uğuruna, gürcü xalqının son məqsədinə nail olacağına əminəm”, – baş nazir bildirib.

Oxşar