İrakli Ğaribaşvili Belçika Krallığının baş naziri ilə telefonla danışıb
Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Belçika Krallığının Baş naziri Aleksandr de Kros ilə telefonla danışıb.
Söhbətin əsas mövzuları Gürcüstanın Aİ-yə üzvlük üçün təqdim etdiyi rəsmi müraciət və Ukraynada davam edən hərbi əməliyyatlar olub.
Baş nazir Avropa İttifaqı Şurasının qərarını bir daha alqışlayıb, ona əsasən, Avropa Komissiyası Gürcüstan, Moldova və Ukraynadan Aİ-yə üzvlük müraciətlərini öyrənməyi xahiş edib.
İrakli Ğaribaşvili qeyd edib ki, bu, islahatların gündəliyini sürətləndirmək üçün əlavə motivasiyadır və Belçika Krallığının və beynəlxalq tərəfdaşların bu istiqamətdə güclü dəstəyinə ümid edir.
Telefon danışığı zamanı tərəflər Ukraynadakı vəziyyətə diqqət yetiriblər. Hərbi əməliyyatların tezliklə dayandırılması üçün beynəlxalq ictimaiyyətin birgə səylərinin vacibliyi vurğulanıb.
Məlumatı Gürcüstanın baş nazirinin mətbuat xidməti yayıb.