İrakli Ğaribaşvili - bayrağımız daim ucaldılmış olacaq onun əlaməti olaraq ki, biz yenə də müstəqilliyimiz və azadlığımızı qoruyub gücləndirəcəyik
Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili vətəndaşları Dövlət Bayrağı Günü münasibətilə təbrik edir.
Hökumət başçısının dediyinə görə, dövlət bayrağı bu torpaqda yaşayan çoxsaylı etnosların, müxtəlif mədəniyyətlərin nümayəndələrinin bir vətəni, bir gələcəyinin olmasının rəmzidir.
“Ölkəmizin bütün vətəndaşlarını ən mühüm milli rəmzlərdən biri – Gürcüstanın Dövlət Bayrağı Günü münasibətilə təbrik edirəm.
Dövlət bayrağı bu torpaqda yaşayan çoxsaylı etnosların, müxtəlif mədəniyyətlərin nümayəndələrinin bir vətəni, bir gələcəyinin olmasının rəmzidir. Bu, bizim hamımızın böyük tariximizə və mədəniyyətimizə əsaslanan müasir, inkişaf etmiş, güclü Gürcüstan qurmaq istəyini əks etdirir.
Bu gün biz qəhrəmanlarımızı, dövlət və xalq xadimlərimizi, həyatını vətənə xidmətə həsr etmiş bütün insanları ehtiramla yad edirik.
Bayrağımız daim ucaldılmış olacaq onun əlaməti olaraq ki, biz yenə də müstəqilliyimiz və azadlığımızı qoruyub gücləndirəcəyik”, – baş nazir qeyd edir.