İrakli Ğaribaşvili - Batumi Konfransında üç ölkənin prespektivlərinə, Avropa İttifaqına doğru cəhdlərinə aid olan mühüm məsələləri müzakirə etdik
Batumi Konfransında üç ölkənin prespektivlərinə, Avropa İttifaqına doğru cəhdlərinə aid olan mühüm məsələləri müzakirə etdik, – bu barədə gürcüstanın baş naziri, İrakli Ğaribaşvili hökumət iclasında bəyan etdi.
“Dünən Batumidə keçirilən konfransa bir daha əks səda vermək istəyirəm. Fürsətdən istifadə edərək hökumətimiz adından prezident Şarl Mİşelə, Ukrayna prezidenti cənab Zelenskiyə və Moldova prezidenti xanım Sanduya təşəkkürümü bildirmək istəyirəm.
Bu çox uğurlu konfrans idi. Biz üç ölkənin prespektivlərinə, Avropa İttifaqına doğru cəhdlərinə aid olan mühüm məsələləri müzakirə etdik.
Daha dəqiq olaraq, Avropa İttifaqına doğru cəhdlərinə və ümumi dəyərlərin müdafiəsinə, onun ətrafında bizim birləşməyimizə aid olan məsələləri. Düşünürəm bu, bizim dost ölkələrimizin çox uğurlu səfəri idi və bir daha təşəkkürlər”, – İrakli Ğaribaşvili bəyan etdi.