İrakli Ğaribaşvili Azərbaycanın Baş prokuroru ilə görüşdü
Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili Azərbaycanın Baş prokuroru, Kamran Əliyev ilə görüşdü.
Hökumət Administrasiyasında keçirilən görüşdə Azərbaycan ilə Gürcüstan arasında mehriban qonşuluq münasibətləri və müxtəlif sahələrdə səmərəli əməkdaşlıq müzakirə olundu. İki ölkə arasında strateji tərəfdaşlığın vacibliyi xüsusilə vurğulandı
Bölgədəki mövcud təhlükəsizlik problemlərinə diqqət yetirildi və bu baxımındanölkələr arasında müvafiq qurumlar arasında əməkdaşlığın vacibliyi vurğulandı.
Hökumət Administrasiyasında keçirilən görüşdə Gürcüstanın Baş prokuroru, İrakli Şotadze və Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev iştirak edirdilər.
Məlumatı Gürcüstanın baş nazirinin mətbuat xidməti yayır.