İrakli Ğaribaşvili – Avropa Parlamentinin sədri Roberta Metzola ilə Gürcüstanın Avropa İttifaqına daxil olması prosesini müzakirə etmək imkanım oldu
– Gürcüstanın Avropa İttifaqına daxil olması prosesini Avropa Parlamentinin sədri Roberta Metzola ilə müzakirə etmək imkanım olub, – Gürcüstanın baş naziri İrakli Qaribaşvili “Twitter” sosial şəbəkəsində yazıb.
Baş nazir qeyd edir ki, son geosiyasi təlatümlər zamanı doldurulmuş anketin təqdim edilməsi gürcü xalqının Avropa seçimini bir daha təsdiqləyir.
“Mənim Avropa Parlamentinin sədri Roberta Metzola ilə Gürcüstanın Avropa İttifaqına daxil olması prosesini müzakirə etmək imkanım olub. Son geosiyasi təlatümlər zamanı doldurulmuş anketin təqdim edilməsi gürcü xalqının Avropa seçimini bir daha təsdiqləyir. Mən bu yolda Avropa Parlamentinin Gürcüstana davamlı dəstəyinə görə minnətdaram”, – İrakli Ğaribaşvili bildirib.