İrakli Ğaribaşvili Avropa Komissiyasının vitse-prezidenti ilə görüşdü
Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili Brüsselə səfəri çərçivəsində, Avropa Komissiyasının vitse-prezidenti Maroş Şevçoviç ilə görüdü.
Baş nazirin mətbuat xidmətinin məlumatına görə, Avropa Komissiyasında keçirilən görüşdə Şərq Partnyorluğu sammitinin nəticələri və Gürcüstanın Avropaya inteqrasiyası yolunda əldə etdiyi proqresslərə diqqət yetirildi.
Baş nazir Gürcüstanın Avropa seçiminin və istəklərinin dönməzliyini bir daha təsdiqləyərək qeyd etdi ki, bunu Gürcüstan hökumətinin 2024-cü ildə Avropa İttifaqına tamhüquqlu üzvlük üçün rəsmi müraciət etmək planı da təsdiqləyir.
Görüş zamanı baş nazir və Avropa Komissiyasının vitse-prezidenti Gürcüstan-Avropa İttifaqı münasibətlərinin gündəliyində duran mühüm məsələləri, assosiasiya razılaşması və dərin və hərtərəfli azad ticarət razılaşmasının həyata keçirilməsi prosesini, eləcə də cati islahatları və yeni gələcək əməkdaşlığın yeni istiqamətlərini müzakirə etdilər. O cümlədən söhbət enerji təhlükəsizliyi məsələlərinə və Gürcüstandayeniləşən enerji istehsalı baxımından potensialına aid oldu.
Məlumatı Gürcüstanın baş nazirinin mətbuat xidməti yayır.