İrakli Ğaribaşvili Amerika Birləşmiş Ştatlarının konqressmenlər nümayəndə heyətinə Sinandalidə ev sahibliyi etdi
Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili Amerika Birləşmiş Ştatlarının konqressmenlər nümayəndə heyətinə, Gürcüstan hökuməti üzvləri ilə birlikdə Kaxetidə, Sinandalidə ev sahibliyi etdi. Məlumatı hökumət administrasiyasının mətbuat xidməti yayır.
Elə onların məlumatına görə, konqressmenlərin şərəfinə ənənəvi əqslər, mahnılar və cazz kompozisiyaları yerinə yetirildi. Nümayəndə heyətinə konqresmenlər Alex Xavier Mun (Qərbi Virciniya), Brian George Steele (Viskonsin), Kelly Michael Armstrong (Şimali Dakota), Carol Devin Miller (Qərbi Virciniya) və Ronald Jean Estes (Kanzas) daxildilər. Koqressmenlər Konqressin müxtəlif komitələrini təmsil edirlər.