İrakli Ğaribaşvili – Amerika Birləşmiş Ştatları hökumətini və Amerika xalqını Müstəqillik Günü münasibətilə təbrik edirəm
Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Amerika Birləşmiş Ştatları hökümətini və Amerika xalqını Müstəqillik Günü münasibətilə təbrik edir.
“Müstəqillik Günü münasibətilə Amerika Birləşmiş Ştatları hökümətini və Amerika xalqını bu vacib milli bayram münasibətilə təbrik edirəm.
Gürcüstan və ABŞ arasında seçilən dostluq və tərəfdaşlıq münasibətləri ortaq dəyərlərimizin sübutudur.
ABŞ Gürcüstanın demokratik inkişafına və tərəqqisinə xüsusi dəstək verən ölkədir. Bu cür dəstəyə və uzun illərdir birlikdə qurduğumuz nümunəvi münasibətlərə görə amerikalı dostlarımıza təşəkkür etmək istəyirəm.
Amerika xalqını bir daha Müstəqillik Günü münasibətilə təbrik edirəm və onlara firavanlıq, tərəqqi və uğurlar diləyirəm” , – deyilir baş nazirin təbrik məktubunda.