İrakli Ğaribaşvili - Alar Karisa dostluq münasibətlərinin və çoxtərəfli partnyorluğun daha da möhkəmləndirilməsi ideyasına sadiqliyini bir daha təsdiqlədim
İrakli Ğaribaşvili - Alar Karisa dostluq münasibətlərinin və çoxtərəfli partnyorluğun daha da möhkəmləndirilməsi ideyasına sadiqliyini bir daha təsdiqlədim

Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili “tvitter” sosial şəbəkəsində Estoniya Respublikasının prezidenti, Alar Karis ilə görüşünə əks səda verdi.

Hökumət başçısı qeyd edir ki, Estoniya prezidentinə dostluq münasibətlərinin və çoxtərəfli partnyorluğun daha da möhkəmləndirilməsi ideyasına sadiqliyini bir daha təsdiqlədi.

“Estoniya Respublikasının prezidenti, Alar Karis ilə çox gözəl söhbətim oldu. Gürcüstan, bizim Avropa və Avroatlantik cəhdlərimizə güclü və aydın dəstəyinə görə Estoniyaya həmişə minnətdar olacaq. Alar Karis ilə dostluq münasibətlərinin və çoxtərəfli partnyorluğun daha da möhkəmləndirilməsi ideyasına sadiq olduğumu bir daha təsdiq edirəm”, – Ğaribaşvili yazır.