İrakli Ğaribaşvili açıq məktub dərc edir
Cəmiyyətə nə üçün həbsdə olduğum barədə həqiqəti demək istəyirəm. Keçən il başlayan dırnaqarası “korrupsiyaya qarşı mübarizə” kampaniyasının əsas məqsədi məni həbsə atmaq və siyasi cəhətdən məhv etmək idi. Tam məsuliyyətlə bildirirəm ki, komanda və mənim üçün əziz olan insanla qarşıdurmaya girməyi dəf etmək üçün hər şeyi etdim – bu barədə Gürcüstanın sabiq baş naziri İrakli Ğaribaşvili sosial şəbəkədə yazır.
“Məhz bu məqsədlə mən hüquqi mübarizədən imtina etdim və dövlətin, eləcə də komandanın maraqlarına zərər vurmamaq üçün mənim üçün məhvedici olan bu prosesi sonadək izlədim. Təəssüf ki, bunun əvəzində qurma çirkin təxribat, çoxlu yalan və ədalətsizlik aldım. Bütün bu müddət ərzində cəmiyyət məndən tək bir söz belə eşitmədi. Mən bu sınağı tam təmkinlə qəbul etdim, lakin gözlənilmədən, iyul ayında Mamuka Mdinaradzenin göndərdiyi və dünən paylaşdığım məktubu aldım. Həmin gün mövqeyimi ona bildirdim, siyasətə qayıtmaq niyyətində olmadığımı bir daha vurğuladım və qeyd olunan “riskin” sığortalanması məqsədilə öz baxışımı təklif etdim, lakin onlar cavabında mənim siyasətə qayıtmağımın hələ də 1%-lik riskinin qaldığını və bunun üçün mənə qarşı korrupsiya ittihamının irəli sürülməsinin və bunu etiraf etməyimin vacib olduğunu bildirdilər. Bu, həyatımda ən çətin addımı atmağıma səbəb olan qırmızı xətt idi. Müvafiq olaraq, artıq başqa çıxış yolum olmadığı üçün məni mübarizəyə başlamağa məcbur edirlər” – Ğaribaşvili yazır.