İrakli Ğaribaşvili - ABŞ ilə nadir əməkdaşlıq, tam etimadımız var, ABŞ-ın isə, bizim simamızda bölgədə ən etibarlı dayağı var
ABŞ ilə əlaqələrə, etimada qayğı lazımdır, heç bir təqdirdə bölgəmizdə olan xaosun, destabilizasiyanın ölkəmizə keçməsinə yol verməməliyik, – bu barədə Gürcüstan baş nazirliyinə namizəd, İrakli Ğaribaşvili Parlamentdə “Gürcü Arzusu” üzvləri qarşısında niqtlə çıxış edərkən bəyan etdi.
“Bizim əsas, etibarlı strateji partnyorumuz Amerika Birləşmiş Ştatlarıdır ki, hansıla da bizim çox açıq, dostcasına, bütün sahədə yükəsk səviyyəli əməkdaşlığımız var. Bu günə qədər Müdafiə Nazirliyini təmsil edirdim. Qeyd etmək istəyirəm ki, ABŞ ilə nadir əməkdaşlıq, tam etimadımız var, ABŞ-ın isə, bizim simamızda bölgədə ən etibarlı dayağı var. Bu əlaqələrə, etimada qayğı lazımdır, heç bir təqdirdə bölgəmizdə olan xaosun, destabilizasiyanın ölkəmizə keçməsinə yol verməməliyik. Bunu artıq 2008-ci il müharibə şəraitində gördük, bu artıq təkrar olunmayacaq”, – Ğaribaşvili bəyan etdi.