İrakli Ğaribaşvili - 2024-cü ilə planlaşdırılan olduqca çox layihələrimiz var, ümumilikdə infrastruktura təxminən 6,7 ​​milyard lari xərclənəcək
İrakli Ğaribaşvili - 2024-cü ilə planlaşdırılan olduqca çox layihələrimiz var, ümumilikdə infrastruktura təxminən 6,7 ​​milyard lari xərclənəcək

 
2024-cü ilə planlaşdırılan olduqca çox layihələrimiz var, ümumilikdə infrastruktura təxminən 6,7 ​​milyard lari xərclənəcək-bu barədə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili hökumətin iclasında açıqlayıb.

Baş nazir çox mühüm layihələrin planlaşdırıldığını və aktiv, səmərəli iş və vaxtında qərarlar qəbul edilməsinin zəruri olduğunu bildirib.

“Ümumilikdə infrastruktura təxminən 6,7 milyard lari xərclənəcək. Bunun mühüm hissəsi İrakli Karseladzenin nazirliyinin büdcəsidir. Bu səbəbdən çox mühüm layihələrimiz var. Aktiv, səmərəli iş, vaxtında qərarların qəbul edilməsinə ehtiyac duyuruq və düşünürəm ki, hər şey çox yaxşı olacaq”- deyə baş nazir açıqlayıb.